03.05.2016

Respublika şahmat festivalının qalibləri təltif olunub

    Ağcabədi rayon Cəfərbəyli kənd tam orta məktəbin III sinif şagirdləri Əlibəyli Cavidan Nəsimi oğlu, Əliyev Elvin Müşviq oğlu və Məmmədov Fəyyaz Mahir oğlu, IV sinif şagirdləri Səmədov Elşad Səftar oğlu, Şükürzadə Araz Ayaz oğlu və Əliyev Fuad Murad oğlunun iştirak etdiyi Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Respublika şahmat festivalı başa çatıb.
    Festivalda komanda yarışları üzrə 1-ci yeri Ucar rayonu, 2-ci yeri Bakı şəhəri Nərimanov rayonu, 3-cü yeri isə Mingəçevir şəhərinin komandası tutub.
    Festivalın komanda, sinif və şəxsi yarışlar üzrə qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,