12.05.2016

Eksternat imtahanları keçiriləcəkdir

    Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcəkdir.  Eksternat imtahanları Ağcabədi rayonunda zonalni olaraq 3 məktəbdə baş tutacaqdır. 

    Eksternat qaydasında imtahan vermək üçün Ağcabədi Rayon Təhsil Şöbəsinə 20 nəfər müraciət etmişdir. İmtahanlar 3 gün ərzində əsas fənlər üzrə keçiriləcəkdir. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulmuş, hər imtahan günü üçün 2 saat vaxt təyin edilmişdir. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

    Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin və buraxılış vərəqəsinin  gətirilməsi vacibdir. 


Açar sözlər: