12.09.2017

Ağcabədi rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

        11 sentyabr 2017-ci il tarixdə Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. 

        Rayonun təhsil işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

      Tədbiri Rayon Təhsil Şöbəsinin müdiri Solmaz Rəhimova açaraq, qonaqları salamladı və geniş məruzə ətrafında görülən işlər haqqında gələn qonaqlara məlumat verdi. Rayon Təhsil Şöbəsinin müdiri bildirdi ki, “Təhsil millətin gələcəyidir” söyləyən Ulu Öndər Heydər Əliyev bu sahənin inkişaf etdirilməsində bir çox böyük layihələrə imza atmışdır. Cənab Prezident İlham Əliyevin əməyi sayəsində həyata keçirilən layihələr və görülən işlər, ölkəmizin bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində də uğurla davam etdirilir. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi, əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir. Bu il təhsil sahəsində 2017-ci ildə 2006-cı ilə nisbətən ali məktəblərə qəbul sayının artmasında müəllimlərimizin rolu az deyildir.

         Daha sonra məruzə ətrafında çıxışlara başlanılmışdır. Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbin direktoru Ağabala Sarıyev, M.Uluxanov adına Sarıcalı kənd tam orta məktəbin direktoru Sevinc Məmmədova, Pərioğullar kənd tam orta məktəbin müəllimi Məlahət Hacıyeva, Cəfərbəyli kənd tam orta məktəbin müəllimi Lamiyə Əliyeva, M.F.Axundzadə adına şəhər 3 saylı məktəb-liseyin müəllimi İradə Hüseynova, Hacıbədəlli kənd tam orta məktəbin müəllimi Rahilə Əliyeva, M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbin müəllimi Esmira İbadova və Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev çıxış etdilər.

            Yekunda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə tədbir iştirakçılarını salamladı və yeni dərs ilində hər bir müəllimə uğurlar arzuladı. Rayon rəhbəri  qeyd etdi ki, 2017-ci ildə digər illərə nisbətən ali məktəblərə qəbul sayının artması, bir məzunumuzun 700 bal toplayaraq yüksək nəticəyə nail olması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən, inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan gənclərə diqqət və qayğının günü – gündən daha da artırılmasından irəli gəlir.

             Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Aydın Rəhimov  çıxış edərək təhsil  işçilərinə yeni dərs ilində uğurlar arzulayıb, tövsiyələrini bildirdi.