14.09.2017

Ağcabədi rayonunda 200 şagird yerlik Hacılar kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

        14 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin sifarişi əsasında tikilən Elşən Rüstəmov adına 200 şagird yerlik  Hacılar kənd tam orta məktəbinin binasının açılışı ilə bağlı tədbir olmuşdur.

         Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə məktəbin şagird və müəllim kollektivini yeni məktəb binasının açılışı münasibəti ilə təbrik etdi. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır.
        Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə məktəbin müəllim, şagird kollektivi və öz adından minnətdarlığını bildirmişdir.

 

 


Açar sözlər: ,  ,