16.09.2017

Ağcabədi şəhər M.Əsədov adına  5 saylı tam orta məktəbində "Bilik günü" münasibəti ilə tədbir keçirilib.

 

15 sentyabr 2017-ci il tarixdə Ağcabədi şəhər  M.Əsədov  adına  5 saylı tam orta məktəbində "Bilik günü" münasibəti ilə tədbir keçirildi.

Məktəbin direktor əvəzi Allahverdiyeva Fəridə çıxış edərək bildirdi ki, bu il ali məktəblərə qəbul olan şagirdlər məktəbimizin faizini yüksəltmişdir. 19 nəfər attestat almış, şagirdlərin 8 nəfəri ali məktəbə, 4 nəfəri orta ixtisas məktəbinə qəbul olmuşdur.  Məktəbin XI siif şagirdi Şükürov Cəlalın 651 bal toplaması sevindirici haldır.

Təbrik üçün söz Ağcabədi Rayon Təhsil Şöbəsinin müdir müavini Əfrasiyab Məmmədova verildi. O, çıxış edərək 2004-cü ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə 15 sentyabr Bilik Günü kimi elan edilməsi münasibəti ilə bütün müəllim və şagird kollektivini təbrik etdi, IX sinif buraxılış imtahanında daha da yaxşı nəticə göstərmələrini tövsiyə etdi.

Birincilər yeni təmir olunmuş sinif otaqlarına daxil oldular. Birinci sinif müəlliməsi Sevil Bayramova elektron löhvədə Cocuq Mərcanlıya qayıdışı slaytlardan istifadə etməklə geniş şəkildə şagirdlərə göstərdi və şagirdlərdə bu torpaqlara getmək üçün xoş təəsürat yaratdı.

 

 


Açar sözlər: ,