18.09.2017

2017/2018-ci tədris ilində yeni işə qəbul olmuş müəllimlərin andiçmə mərasimi keçirilib

           14 sentyabr 2017-ci il tarixdə Ağcabədi rayon Təhsil şöbəsində oxuduqları ali təhsil müəssisələrini bitirib, müəllim adını alan bir qrup 2017/2018-ci tədris ilində yeni işə qəbul olmuş müəllimlərin andiçmə mərasimi keçirilmişdir. Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən, hər il keçdikcə öz bildiklərini bizimlə bölüşən dəyərli varlıqlardır müəllimlər.
       Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
         Bu müqəddəs və şərəfli peşənin məsuliyyətini, böyüklüyünü və  gözəlliyini anlayan hər bir gənc müəllim öz sədaqət andını içərək, üzərilərinə düşən missiyalarını layiqincə yerinə yetirərək, vətənə və dövlətə layiqli vətəndaş, vətənpərvər, bilikli, savadlı uşaqlar, gənclər hazırlayacaqlarını bildirdilər. Əziz gənc müəllimlər ! Yeni başlayacağınız bu şərəfli yolda Sizlərə uğurlar! Bayramınız mübarək !

 

 


Açar sözlər: ,