05.10.2017

Ağcabədi rayonunda “Beynəlxalq Müəllimlər Günü” qeyd olunub

5 oktyabr 2017-ci il tarixdə Ağcabədi rayonu “5 oktyabr- Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir keçirilmişdir. Ilk öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov tədbir iştirakçılarını salamladı və bütün müəllimləri bayram günü münasibəti ilə təbrik etdi, onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı. Rayon rəhbəri qeyd etdi ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 1993-cü ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.

Tədbirdə iştirak edən Rayon Təhsil şöbəsini müdiri Solmaz Rəhimova və digər çıxış edənlər müəllimləri bu əziz gün münasibəti ilə təbrik etdilər və onlara xoş diləklərini çatdırdılar. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Rəhimova Ceyhunə Vaqif qızına və fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyələr verilmişdir.

 


Açar sözlər: ,