09.10.2017

Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Rəhimova Ceyhunə Vaqif qızı 13 iyun 1980-cı ildə Ağcabədi rayon Hacıbədəlli kəndində anadan olub. 1986-cı ildə Ağcabədi rayon Hacıbədəlli kənd tam orta məktəbin I sinifinə daxil olub 1997-ci ildə həmin məktəbin XI sinifini bitirib.

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakultəsinə daxil olub. 2003-cü ildə həmin universitetin IV tam kursunu başa vurub. 2003-cü ildə Hacıbədəlli kənd tam orta məktəbində ixtisası üzrə əmək fəaliyyətinə  başlayıb.  2008-ci ildə “Azərbaycan Respublikasının  Qabaqcıl Təhsil  işçisi” döş  nişanı ilə təltif olunub.

2017-ci ildə Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı  ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Ağcabədi rayon Hacıbədəlli kənd tam orta məktəbin fizika müəllimi Rəhimova Ceyhunə Vaqif qızı  “Tərəqqi” medalı ilə təltif edilib. Ağcabədi rayon Təhsil Şöbəsi və müəllim kollektivi adından təbrik edirik. Uğurlarının davamlı olmasını arzu edirik. 

 

 

 

 


Açar sözlər: