16.01.2018

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Ağcabədi rayon ümumtəhsil məktəblilərinin Şəhidlər Xiyabanına ziyarəti davam  edir 

        20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar rayon Təhsil Şöbəsində " Tədbirlər planı " təsdiq edilmişdir. Tədbirlər planından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində  Ağcabədi şəhər Ü.Hacıbəyov adına şəhər 7 saylı və S.Vurğun adına 4 saylı  tam orta məktəbin şagird və müəllimləri Şəhidlər Xiyabanını ziyarət etdilər. 7 saylı tam orta məktəbin tarix müəllimi Nahid Abbasov 20 Yanvar Hüzn günü erməni işğalçılarının torpaqlarımıza təcavüzü barədə şagirdləri məlumatlandırdı. Vətən uğrunda canını fəda edən şəhidlərin qəhrəmanlıqları barədə geniş məlumat verdi.

        Şagirdlər şəhid məzarlarına gül dəstələri düzdülər. Direktor Polad Musayev Ağcabədi rayonundan olan Milli Qəhrəmanlarımız və onların döyüş yolu barədə danışdı.  Şəhər 7 saylı məktəbin şəhid məzunu Nəcəf allahverdiyevin qəhrəmanlığı şagirdlərə nümunə göstərildi. Sonda Vətən Qəhrəmanlarına həsr edilmiş abidə kompleksi ziyarət edildi.


Açar sözlər: ,  ,