17.01.2018

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönmü münasibətilə M.F.Axundov adına  şəhər 3 saylı məktəb-liseydə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlərə başlanmışdır.

        20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönmü münasibətilə M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseydə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlərə başlanmışdır.

      16 yanvar 2018-ci il tarixdə məktəbin bir qrup müəllim və şagird kollektivi Ağcabədi rayonunda yerləşən “ Şəhidlər xiyabanı” nı ziyarət edərək Azərbaycan xalqının azadlığı və torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin məzarlarının üzərinə tər çiçəklər düzərək, onların əziz xatirəsini yad etmişlər.

        17 yanvar 2018-ci il tarixdə məktəbdə 20 yanvar şəhidlərinin xatirəsi yad edilmiş və bu məqsədlə tədbir keçirilmişdir. Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi Zəhra İbrahimovanın və sinif müəllimi Həsənova Saragülün hazırladıqları kompazisiyalar nümayiş olunmuşdur.

        Allah şəhidlərimizə rəhmət etsin.


Açar sözlər: ,  ,  ,