18.01.2018

 Ağcabədi rayon E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbində 20 yanvar hüzn günü münasibəti ilə tədbir keçirilmişdir

        20 yanvar ümumxalq hüzn günüdür. Bu tarix xalqımızın şanlı tarix səhifəsinə qanla yazılmış Azərbaycan istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. 20 yanvar illərlə sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, öz süvernliyi uğrunda cəsarət nümayış etdirdiyi şərəfli bir tarixdir. Bu şanlı tarixi öz qanları ilə tarixə yazan şəhidlərimizə allah rəhmət eləsin. Ümumtəhsil məktəblərimizdə də 20 yanvar hüzn günü qeyd olunur, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir.

      Bu gün Ağcabədi rayon E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbində 20 yanvar hüzn günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Təhsil Şöbəsinin nümayəndəsi, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir, şagirdlərin ifasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompazisiya göstərilmişdir.
 


Açar sözlər: