19.01.2018

20 Yanvar faciəsi  ilə  əlaqədar olaraq silsilə tədbirlər davam edir

        Ağcabədi şəhər 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivi Ağcabədi şəhərində ucaldılmış Şəhidlər Xiyabanını ziyarət etdilər. 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar olaraq növbəti tədbir 18 yanvar 2018-ci il tarixdə Ağcabədi şəhər 6 saylı tam orta məktəbdə keçirildi. Tədbir Azərbaycan  Respublikasının  Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilməsi ilə başladı. 
        Tədbiri giriş nitqi ilə açan Ağcabədi şəhər  6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova 20 Yanvar faciəsi haqqında  məlumat verərək bildirdi ki, bu faciə xalqımızın tarixinə həkk olunmuş qanlı faciələrdən biri olmuşdur. Keçmiş Sovet İmperiyası və erməni quldurlarının qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanlarıdırlar.
        Sonra şəhər 6 saylı tam orta məktəbin müəllimi Əli Bədəlov məruzə ilə çıxış edərək qeyd etdi ki, 20 Yanvar qırğını nə qədər faciəli olsada,  Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
        Sonda məktəblilərin ifasında  20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.


Açar sözlər: ,