20.01.2018

20 Yanvar şəhidlərinin xatirəsi Ağcabədidə də böyük ehtiramla yad edilib

      20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü Ağcabədidə də silsilə tədbirlərlə qeyd edilib. Rayonun müəssisə və təşkilatlarında, yaşayış məntəqələrində müxtəlif tədbirlər keçirilib, sərgilər təşkil edilib. 
        Yanvarın 20-də Ağcabədi rayonundakı Şəhidlər Xiyabanında böyük izdiham yaşanıb. Xiyabana axışan ağcabədililər və ərazidə xidmət edən hərbi qulluqçular abidə kompleksi önünə və şəhid məzarları üzərinə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının xatirəsini böyük ehtiramla yad ediblər. Anım mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.
          Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.


Açar sözlər: