22.01.2018

Ağcabədi şəhər 6 saylı tam orta məktəbin şagirdləri  Bayraq muzeyinə və Tarix Diyarşünaslıq muzeyinə ekskursiya ediblər.

        Ağcabədi şəhər 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivi 22 yanvar 2018- ci il tarixində Ağcabədi şəhərində yerlışən Bayraq Muzeyinə və Tarix Diyarşunaslıq muzeyinə ekskursiyaya getmişlərdir. Bu dəfəki ekskursiyada məktəbin ibtidai sinif şagirdləri iştirak ediblər.

Öncə Bayraq Muzeyinə səfər edən şagirdlərə muzey haqqında məlumat verilmiş və bildirilmişdir ki, Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Paytaxtımızla yanaşı, Ağcabədi də üçrəngli bayrağımızın şərəfinə muzey yaradılır və xüsusi layihələr həyata keçirilir. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi və and yeri hesab edir. Burada şagirdlər Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə və Dövlət Bayrağı Meydanının açılışı mərasimlərindən fotoları, poçt markaları, orden və medallar ı ilə tanış oldular. 

          Daha sonra şagirdlər Tarix Diyarşünaslıq muzeyində olmuşlar. Burada muzeyin əməkdaşı şagirdlərə muzey haqqında geniş məlumat vermişdir ki, Ağcabədidəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib. Ağcabədi Tarix-Diyarşünaslıq muzeyinin əsaslı şəkildə yenidən qurulması qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Belə muzeydə həm ölkəmizin, həm də rayonun tarixini əks etdirən çoxlu sayda eksponatlar toplanır. Azərbaycan tarixinin əsrlərin dərinliklərindən qaynaqlanan izlərini yaşadan belə muzeylərin başlıca üstünlüklərindən biri də ölkəmizin bölgələrinə xas mədəniyyət elementlərinin qorunub saxlanması ilə bağlıdır. Prezident İlham Əliyev qədim və zəngin mədəniyyət abidələrimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan Tarix-Diyarşünaslıq muzeylərinin yaradılmasına xüsusi diqqət yetirir. Bu, bir daha Azərbaycan dövlətinin milli mənəvi dəyərlərimizə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Ağcabədidəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması da bu həqiqəti təsdiq edən amillərdən biridir.

            Şagirdlərə çatdırıldı ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayiş olunur. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır. Bütövlükdə şagidlər üçün muzeydəki eksponatlar çox maraqlı gəldi.


Açar sözlər: