02.02.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib  

Ağcabədi rayonunda “Ədəbiyyat biliciləri” müsabiqəsinin  rayon mərhələsi keçirilmişdir. Müsabiqədə rayonun ümumi təhsil məktəblərinin VII-XI sinif şagirdlərindən ibarət 78 nəfər iştirak etmişdir.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdən ibarətdir.

          

 


Açar sözlər: ,  ,  ,  ,