08.02.2018

Ağcabədi  rayon Uşaq Gənclər İnkişaf Mərkəzi

Ağcabədi  rayon Uşaq Gənclər İnkişaf Mərkəzində (UGİM) 35 dərnəkdə 525 şagird təhsil alır. Mərkəzdə uşaq və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafı üçün dərslər keçirilir.

Mərkəzin şagirdləri müxtəlif vaxtlarda rayon və respublika yarışlarında fərqli nominasiyalar üzrə qalib olublar. Mərkəz üzvlərindən bəzilərini sizə təqdim edirik.

Şirinzadə Günay - Mən Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəin IV sinfində təhsil alıram. Hər zaman müxtəlif əl işlərinə qaraşı həvəsim və marağım olub. Gəlinciklərim üçün geyimlər, müxtəlif rəsm əsərləri, şəkillər hazırlayıram və bu dərnəkdə də  qabiliyyətimi daha da inkişaf etdirdim. Müəllimlərimiz bizimlə fərdi şəkildə məşğul olur. Hazırladığımız əl işlərində bizə kömək edir. Gələcəkdə rəssam olub ölkəmizi tanıtmaq istəyirəm.

İsmayılzadə Mirşahin - Mən Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin V sinfində təhsil alıram. Mənimlə birgə bir neçə sinif yoldaşım da bura gəlir. Biz birlikdə müxtəlif əşyalar hazırlayırıq. Müəllimlərimiz  əl işini çox bəyənirlər.

            UGİM-nin metodisti  bildirdi ki, uşaqlar mərkəzə gəlməyə çox maraqlıdırlar. Üzvlərin müxtəlif əl işləri respublika səviyyəsində tanınıb, və qalib olub.