10.02.2018

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir

 

    10 fevral  2018-ci il tarixdə  Ağcabədi rayon R. Abbasov adına Gələbədin kənd tam orta məktəbinin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Məktəblilər öncə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstləri düzdülər. Sonra mərkəzin ekpozisiya zalında şagirdlərə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi. Daha sonra şagirdlər mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular.

    Sonda məktəblilərlə birlikdə xatirə fotosu çəkildi.                     


Açar sözlər: ,