02.03.2018

Ağcabədi rayon Uşaq Gənclər İdman Şahmat məktəbi

Ağcabədi rayon Uşaq Gənclər İdman Şahmat məktəbində şahmat, voleybol, futbol dərnəklərində 627 şagird təhsil alır. Məktəbdə hər cür şərait yaradılmışdır. Sinif otaqları komputerlə təhciz olunmuşdur. Dərsdən əlavə şagirdlər komputer otağında internet vasitəsi ilə şahmat oynayırlar. Müxtəlif vaxtlarda rayon və respublika turnirlərində iştirak edən şahmatçılar var.

Həsənova Əsmər Nizami qızı-M.F.Axundov adına 3 saylı məktəb liseyin IX sinif şagirdiyəm. Şahmata uşaqlıqdan həvəsim olub. Qızlar arasında keçmiş Azərbaycan çempionu olmuşam buna görə məşqçi müəllimim müxtəlif respublika turnirlərinin qalibi, respublika I dərəcəli şahmatçı Pərviz Nəcəfova təşəkkürümü bildirirəm.

Abdullayev Cahid Rövşən oğlu- S.Vurğun adına 4 saylı tam orta məktəbin IV sinif şagirdiyəm. Bir neçə rayon və respublika turnirlərinin qalibi olmuşam.

Məktəbdə respublika turnirinin qalibi olmuş, I dərəcəli şahmatçı, məşqçi müəllimlər faliyyət göstərir.

 


Açar sözlər: ,