05.03.2018

“05 mart-Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirilib

          05 mart 2018-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətində “05 mart-Bədən tərbiyəsi və İdman günü” nə həsr olunmuş tədbir keçirilib.
        Tədbirin əvvəlində Ağcabədi rayon İdman ictimayəti “05 mart – Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsinin önünə gül dəstləri düzülüb.
        Tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva giriş sözü ilə açaraq 4 mart 2005 – ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il 5 mart tarixi Azərbaycanda Bədən tərbiyəsi və idman günü kimi qeyd edildiyini diqqətə çatdırmış və bu gün münasibəti ilə rayonun idman ictimayətini səmimi qəlbdən təbrik edib. 
        Tədbirdə beynəlxalq yarışlarda və Azərbaycan çempionatlarında uğurlu nəticələr əldə etmiş idmançılar, rayonda fəaliyyət göstərən ayrı-ayrı idman növləri üzrə məşqçi müəllimlər, bədən tərbiyəsi müəllimləri iştirak ediblər.


Açar sözlər: ,