06.03.2018

“Gənc müəllim” layihəmizin qonağı M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbin Tarix  müəllimi Bayram İsmayılovdur

        Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Bayram İsmayılov bu il müəllimlərin işə qəbulu imtahanından  45 bal toplayaraq  M.Füzuli adına Yeni Qaradolaq tam orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlayıb. Bayram İsmayılov  ilə olan müsahibəmizi təqdim edirik:

 

               1. Əvvəlcə sizi tanıyaq

 

Ağcabədi rayonu Yeni Qaradolaq kəndində anadan olmuşam. Orta təhslimi Mehrablı kənd tam orta məktəbində almışam. Bir il Yeni abituryent hazırlıq kursunda təhsilimi davam etdirdim. Sumqayıt Dövlət Unversitetini bitirmişəm. Unversitetdə oxuduğum müddətdə bir neçə yarışlarda, debadlarda iştrak etdim. Xəmsə yarışmasında dəfələrcə iştrakım və uğurlarım olub, I və II yerləri qazanmışam. Tarix üzrə olimpiada da ikinci yeri qazanmışam. Yeni Azərbaycan Partiyasının fakultə sədri və gənclər təşkilatının qrup sədri olmuşam.

 

               2. Müəllim olmağı əvvəldən istəmisiniz?

 

Hər zaman öz müəllimlərimlə fəxr etmşəm. Müəllimlik sənətini mənə sevdirən Tarix müəllimlərim olan Mahir müəllim və Samir müəllim,  riyaziyyat muəllimim olan Elşən müəllimə öz minnətdarlığımı bildirirəm. Orta məktəbdə oxuduğum vaxtlardan istəmişəm ki, muəllimlərim kimi savadlı və şagirdlərinin sevimlisi olan müəllimlk zirvəsinə nail olum.

 

               3. Gənc müəllim kimi şagirdlərin sizə münasibəti necədir?

 

Gənc müəllim kimi şagirdlərimin mənə münasibəti əladır. Hər bir şagirdim mənim üçün əzizdir. Şagirdlərlə biz həftə sonları tarix fənnindən yarışmalar keçirdirik. Qalib olan komandaya hədiyyələrimiz olur. Müəllim olduğum üçün hər zaman qürur duyuram. Ümumi liderimiz Heydər Əliyev müəllimlik peşəsi ilə bağlı gözəl deyib. “Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən aslı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

 

                4. Sonda müəllim olmaq istəyənlər nə demək istərdiniz?

 

 Müəllim olmaq istəyən  hər bir şəxsi bu müqəddəs və şərəfli bir peşəni seçdikləri üçün təbrik edirəm.  Müəllimlik adını hər zaman doğrultsunlar və uca tutsunlar.

 Sonda cavan müəllimə təşəkkürümüzü bildiririk və işlərində uğurlar arzulayırıq...

 

 

 


Açar sözlər: