09.03.2018

“Şahin” hərbi - idman oyununun keçirilməsi ilə bağlı hərbi hazırlıq müəllimlərinin məlumatlandırılması üçün toplantı keçirilib

            09 mart 2018-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman idarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon Təhsil Şöbəsinin akt zalında “Şahin” hərbi - idman oyununun keçirilməsi ilə bağlı hərbi hazırlıq müəllimlərinin məlumatlandırılması üçün toplantı keçirilib. Toplantıda Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov,  Ağcabədi Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov, rayon Təhsil Şöbəsinin metodisti Baxşeyiş Məmmədov, rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi İbarhim Vəliyev və hərbi hazırlıq müəllimləri iştirak ediblər.
        Toplantını Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov giriş sözü ilə açaraq “Şahin” hərbi-idman oyununun keçirilməsini gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində, hərbi və fiziki hazırlığında, onlara Vətənə məhəbbət hisslərinin aşılanmasına əhəmiyyətli dərəcədə rol oynadığını qeyd edib. 
        Daha sonra çıxış edən digər qonaqlar da mövzu ətrafında fikir mübadiləsi apardılar və eləcə də toplantının gedişi zamanı “Şahin” hərbi-idman oyunun keçirilməsidə ötən illərdə baş verən nöqsanları, onların aradan qaldırılması, həlli yollarını müakirə ediblər.


Açar sözlər: ,