12.03.2018

Pedaqoji mühazirələrin rayon mərhələsi keçirilib

Ağcabədi rayon ümumtəhsil məktəblərinin müəllimləri üçün pedaqoji mühazirələrin rayon turu keçirilib.

Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Rayon mərhələsi üzrə təşkilat komitəsinə təqdim edilən 45 mühazirədən 3 mühazirə mövzuların uyğunluğu və aktuallığının təcrübi əhəmiyyəti, habelə müstəqil hazırlanması baxımından qiymətləndirilib.  Sonda Ağcabədi rayon Təhsil Şöbəsinin metodisti Hüseynov Ədalət Hüseyn oğlu, C.İbrahimov adına 8 saylı tam orta məktəbin fizika müəllimi Abdulov Elşən Rüstəm oğlu və  Ə.Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbin riyaziyyat-informatika müəllimi Bədəlova Şəhanə Mürşüd qızının mühazirələri ən yaxşı pedaqoji iş olaraq qəbul edilib.


Açar sözlər: