14.03.2018

M.F.Axundov adına 3 saylı məktəb - liseydə Novruz şənliyi keçrilib 

             Ağcabədi rayon M.F.Axundov adına 3 saylı məktəb-liseyin milli adət-ənənələrlə zəngin Novruz bayramına və baharın gəlişinə həsr olunmuş böyük tədbir Ü.Hacıbəyli adına şəhər uşaq incəsənət məktəbinin konsert zalında baş tutdu. Məktəbin IIIç sinfinin müəlliməsi İlhamə Məmmədovanın təşkilatçılığı ilə hazırlanan rəngarəng tədbirdə şagirdlər müxtəlif şeirlər, kiçik tamaşalar, musiqilər ifa etdilər. Bahar qızları şagirdlərə baharın gəlişini elan edərək yazda ağacların tumurcuqlayıb, çiçəkləməsi, torpağın oyanışı kimi də insanların gözəl keyfiyyətləri ilə özlərini oyatmasını, təmiz, səliqəli, intizamlı, nümunəvi şagirdlər olmasını arzu ediblər.

            Məktəbin direktoru Mətanət Quliyeva taekvondo idman növü üzrə 24-27-30 kq çəki dərəcəsində 1-ci yerə layiq görülmüş , idmançılara "Diplom"- lar və medalları təqdim etdi. Tədbirdə Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan şagirdlərin bayram əhval-ruhiyyəsini daha da artırırdı.


Açar sözlər: ,