31.03.2018

Ağcabədi rayonunda 31 Mart soyqırımı qurbanları yad edilib

            31 mart 2018-сi il tarixdə Ağcabədi rayonu Şəhidlər Xiyabanında 31 mart soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə ümumrayon tədbiri keçirilib. Əvvəlcə anım mərasimində Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə rayonun tam orta məktəblərinin şagirdləri 31 mart qurbanlarına həsr olunmuş əbədi –bədii kompozisiya ilə çıxış ediblər.
        Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti abidə kompleksinin və Qarabağ müharibəsi şəhidlərinin qəbirləri üzərinə tər qərənfil dəstələri düzərək onların ruhunu yad ediblər.

 


Açar sözlər: