02.04.2018

“Gənc müəllim” layihəmizin qonağı M.F.Axundov adına  3 saylı məktəb-liseyin Riyaziyyat  müəllimi Aygül Quluzadədir

                1.Əvvəlcə sizi tanıyaq

Quluzadə Aygül Ramiz qızı 12 noyabr 1993-cü ildə Ağcabədi rayon Pərioğullar kəndində doğulmuşam. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinin Riyaziyyat müəllimliyini bitirmişəm. Müəllimlərin işə qəbulu imtahanından  54 bal toplayaraq  M.F.Axundov adına 3 saylı məktəb-liseydə  riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışam. 

 

                2. Nə üçün müəllimlik peşəsini seçmisniz?

Müəllimlik adi sıradan bir peşə deyil .Uşaqların sənə olan sevgisi izzah edilə bilinməyəcək qədər qeyri-adi hissdir. Nə üçün müəllimlik peşəsini seçmişəm yox nə üçün Riyaziyyat müəllimi olmuşam bu suala cavab vermək istərdim. Orta məktəbdə oxuyanda ən çox sevdiyim fənn Riyaziyyat fənni olub. Bu fənni mənə sevdirənsə müəllimim olub. Öz səmimiliyilə, mehribanlığı ilə xoş rəftarı ilə ən əsasda gözəl dərs izzahi ilə bizə sevdirdi özünü. Bu gündə şagidlərimə müəllimimdən öyrəndiklərimi öyrətməyə çalışıram. 

Müəllim! Bu sözün mənası dərin,

Onun hər ürəkdə öz yeri vardır.

 Odur ilhamçısı gənc nəsillərin,

Fikri, düşüncəsi bir ilk bahardır.

 

               3. Şagirdlərin sizə münasibətiniz necədir?

Şagidlərimlə xoş münasibət qurmuşam. Onlar çalışırlarki hərəkətlərilə mənə bənzəsinlər. Mən fikirləşirəmki onlar məni sevselər dərsimi də sevə-sevə oxuyarlar.

 

               4. Həmkarlarınıza və gələcəkdə müəllim olmaq istəyənlərə tövsiyyəniz nədir?

Həyatda qazanc dalınca qaçmaqdan daha da gözəl işlər var, əziz müəllimlər və müəllim olmağa hazırlaşan gənclər: İNSAN yetişdirmək kimi. Hərdən parta arxasında oturan o kiçik yaşlı uşağa şəxsiyyət kimi baxın. Unutmayın ki, bu gün ona təmənnasız verəcəyiniz, öyrədəcəyiniz elm, bilik, savad, həyata doğru-düzgün baxış, xoş əməllər, bir vaxt olacaq sizə qayıdacaq. Mütləq qayıdacaq… İNSAN yetişdirmək dünyanın ən məsuliyyətli işidir. Bu məsuliyyətli işimizdə müəllim olmanın verdiyi qürurla uğurlar arzulayıram.

 

 


Açar sözlər: