13.11.2018

Riyaziyyat fənnindən “açıq dərs” keçirilib  

Hacıbədəlli kənd tam orta məktəbin riyaziyyat müəllimi Elmira Səfərova Va sinifində Riyaziyyat  fənnindən  “Əməllər sırasına aid çalışma həlli ” mövzusunda “açıq dərs” keçirib. Şagirdlərin mövzunu daha yaxşı mənimsəmələri üçün  mövzuya aid şagirdlərlə praktiki işlər aparılıb.

 Sonda Elmira Səfərovanın  keçdiyi "açıq dərs" müzakirə  olunub. Məktəbin direktoru Feyzulla Feyzullayev çıxış edərək "açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin Riyaziyyat fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildirib.

 


Açar sözlər: ,  ,  ,