20.02.2019

“2019-cu il Nəsimi ilidir” başlığı altında kitab sərgisi

Təhsil naziri Ceyhun Bayramov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Tədbirlər Planına əsasən, 2019-cu il ərzində ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elm konfrans, simpozium və seminarların keçirilməsi, dahi şairin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələrinin elmi jurnallarda dərc olunması nəzərdə tutulur.

Həmçinin təhsil müəssisələrində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgilər təşkil olunacaq.

Bununla yanaşı, il ərzində ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək.

            Ağcabədi rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi Ş.Hüseynov adına 2 saylı tam orta məktəbin şagirdləri üçün “2019-cu il Nəsimi ilidir” başlığı altında kitab sərgisi təşkil ediblər. Oxuculara xidmət şöbəsinin müdiri İ.Musayeva Böyük söz ustası, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimi yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verib. Sərgi şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.


Açar sözlər: ,