10.04.2019

23 aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə bağlı tədbirlər keçirilib

Ağcabədi şəhər 1 saylı tam orta məktəbində 23 aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən məktəbdə aşağıdakı tədbirlər həyata keçirilib.

Bu il 120 illik yubleyi qeyd olunan Cəfər Cabarlınin  məktəbin kitabxanasında yaradıcılıq  gecəsi keçirilib. Gecədə Cəfər Cabbarlının Sevil və Dilbər əsərindən səhnəciklər göstərilib.

Həmçinin 2019-cu il Nəsimi ili elan olunması və İmadəddin Nəsimini 650 illik yubleyi ilə əlaqədər “Poeziya gecəsi” keçirilib. Gecədə Nəsimi  filmindən  Şirvansahlar Nəsimini söhbəti yuxarı sinif şagirdləri ilə səhnələşdirilib.

Daha sonra Məktəbin kitabxanasında məktəbin VIII sinif şagirdləri ilə Cəlil Məmmədquluzadənin “Qurbanəlibəy” hekayəsinin oxunuşu keçirilib. Məktəbin müxtəlif  sinif şagirdləri ilə sevdikləri ədəbi qəhraman haqqında söhbət aparılıb.

Məktəbin divar qəzetinin aprel buraxılışı “Oxu gunu”nə həsr edilib. Məktəbin müxtəlif sinif şagirdlərinin yazdıqları ən çox  sevdikləri  şerlər, hekayələr  divar qəzetində sərgilənib.


Açar sözlər: ,  ,