10.05.2019

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş futbol idman növü üzrə rayon turniri keçirilib    

26 aprel-10 may 2019-cu il tarixlərdə Ağcabədi rayonunda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş məktəblilər arasında futbol idman növü üzrə rayon turniri keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən rayon turnirində 49 məktəb komandası iştirak edib. Rayon turnirində I yerə Mirzə Fətəli Axundov adına şəhər 3 saylı tam orta məktəbin komandası, II yerə Cəmil Quliyev adına Təzəkənd kənd tam orta məktəbin komandası, III yerə isə Hacıbədəlli kənd tam orta məktəbin komandası layiq görülüblər. Qalib komandalara Ağcabədi Rayon Gənclər və İdman idarəsi və Təhsil Şöbəsi tərəfindən diplomlar və hədiyyələr təqdim olunub. Ağcabədi Olimpiya İdman Kompleksində baş tutmuş turnirin final mərhələsində Ağcabədi  Rayon  İcra  Hakimiyyətinin Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Təyyar Hacıyev, Rayon  Gənclər  və İdman  İdarəsinin rəisi  Rüfət  Quliyev, rayon Təhsil  Şöbəsinin müdiri İsmayıl Həsənov və  digər  məhsul  şəxlər  iştirak  ediblər.

 

 


Açar sözlər: ,