10.05.2019

Şahmat üzrə Ağcabədi rayon turniri keçirilib  

 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş pilot layihə kimi “Şahmat” fənni tədris olunan Ağcabədi rayonunun ümumi təhsil məktəblərində şagirdlər arasında Ağcabədi rayon Gənclər və İdman idarəsinin və YAP Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

Yarışın keçirilməsində məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şahmatın inkişafındakı rolunu qeyd etmək, şahmat fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini öyrənmək olub.

Mübarizə şəraitində davam edən turnirin sonuncu günündə I, II, III yerləri tutan şahmatçılara diplomlar və medallar təqdim olunub.

 


Açar sözlər: ,  ,