11.05.2019

Ağcabədi rayonunda Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tədbir 10 may 2019-cu il tarixdə  Ağcabədi rayon Heydər Əliyev meydanında rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə gülqoyma mərasimi ilə başlayıb. Tədbir iştirakçıları gülqoyma mərasimi keçirməklə, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə iştirak edən Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək, bu günki əziz gün münasibəti ilə Ağcabədi rayon sakinlərini təbrik edib və bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində, Azərbaycan xalqının qəlbində özünəməxsus yeri var. Bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və polad iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə müasiri olduğu insanların dərin rəğbətini və sevgisini qazanmışdır. Ümummilli Liderin bu xüsusiyyətləri 40 ildən çox bir dövrü əhatə edən konkret faktlarla və böyük səmimiyyətlə əks olunmuşdur. Eyni zamanda, Heydər Əliyevin insanlara istedadına, bacarığına görə qayğı göstərməsi, elm və sənət xadimlərindən tutmuş sadə zəhmət adamlarına qədər hamının əməyini layiqincə qiymətləndirməsi kimi yüksək keyfiyyətləri olan dahi şəxsiyyət idi.

Tədbir Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon şöbəsinin hazırladığı musiqili proqram ilə axşam saatlarına qədər davam etdirilmişdir.
            Tədbir gecənin qaranlığında Ağcabədi səmalarını işıqlandıran yanan şarların və atəşfəşanlığın möhtəşəmliyi ilə başa çatıb.


Açar sözlər: