13.05.2019

S.Vurğun adına 4 saylı  tam orta məktəbində Əlifba bayramı qeyd edilib

Ağcabədi şəhər S.Vurğun adına 4 saylı  tam orta məktəbində birinci siniflərin Əlifba bayramı şənliyi keçirilib.

Əlifba bayramı məktəb divarları arasında həyatda ilk kövrək addımlarını atmağı öyrənən körpələrin və onların müəllimlərinin hesabat bayramıdır. Bayram şənliyində I sinif şagirdlərinin valideynləri və məktəb kollektivi  iştirak edib.

Tədbirin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Birinci sinif şagirdləri dünyanın möcüzələrinin sirli-sehirli qapılarını onların üzünə açmış ilk kitab - Əlifba haqqında  mahnı və şeirlər oxuyublar, səhnəciklər göstəriblər. Birincilər Əlifbaya, Azərbaycana, Vətənə həsr olunmuş şeirlər söyləyib, xalq rəqslərini ifa ediblər.

Mərasimin sonunda Məktəbin direktoru Teymur Qasımov  şagirdləri, müəllimləri, valideynləri bayram münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

 


Açar sözlər: ,  ,