15.05.2019

Gənc müəllim rublikasının qonağı-Bəsti Quliyeva

            Quliyeva Bəsti Ələmdar qızı 20 oktyabr 1991-ci il tarixində Ağcabədi şəhərində anadan olub. Orta təhsilini Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbdə alıb.  2008-ci ildə 510 balla Bakı Dövlət Universitetinin Folologiya fakültəsinə qəbul olub. 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək 47 bal toplayaraq  Ağcabədi rayon Cəfərbəyli kənd tam orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı  müəllimi təyin edilib.  Pedaqoji fəaliyyətdə olduğu bu bir neçə ay ərzində məktəbdə dəfələrlə  tədbir və yarışlar təşkil edib. 2018-ci ilin mart ayında rayon rəhbərliyi tərəfindən  rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanla təltif olunub. Öz üzərində çalışmağı sevən insandır. Bədii əsərlər oxumağı cox sevir.  

Müəllim bildirdi ki, ilk dəfə müəllim olaraq sinfə daxil olduğum gün çox həyəcanlı idim. Şagirdlərlə ünsiyyət qurmaqda çətinlik çəkəcəyimi düşünürdüm, ancaq elə olmadır. Hər bir şagird fərqli psixologiyaya malikdir və biz müəllimlər ünsiyyət qura bilmək üçün ilk öncə şagirdin psixologiyasına fikir verməliyik. Öz peşəmi çox sevirəm. Uşaqlıqdan  arzuladığım bu peşənin ən çox sevdiyim yanı şagirdlərimin gözündəki sevgıni görməkdir. Bir müəllim olaraq şagirdin diqqətini dərsə cəlb etmək istəyiriksə, dərsi fərqli və maraqlı təşkil etməliyik. Hər gün eyni və passiv keçən dərs şagirddə maraq oyatmır əksinə onu həvəsdən salır. Mən dərsdə müxtəlif təlim üsullarından istifadə edərək şagirdlərin daha fəal olmasını təşkil edirəm.  Şagirdlərlə münasibətim çox yaxşırır, onları sevirəm və selidiyimi hiss edirəm. Hələ yolun başındayam. Bu yolda arzularım, yerinə yetirmək istədiyim istəklərim var və mən özümə inanıram. Müəllim olaraq təhsil üçün əlimdən gələni edəcəm.


Açar sözlər: