16.05.2019

Ə.Alıyev adına 12 saylı tam orta məktəb şagirdlərlə birlikdə Ağğöl Milli parkına səfər ekskursiya təşkil edib  

 

Ağcabədi şəhər Ə.Alıyev adına 12 saylı tam orta məktəb şagirdlərlə birlikdə Ağğöl Milli parkına səfər ekskursiya təşkil edib. Ekskursiyanın keçirilməsində əsas məqsəd şagirdləri ekologiyanın qorunmasını səmərəli təşkil edərək yaşadıqları bölgənin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin biomüxtəliflik və ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər vermək təşkil etmişdir. Ekskursiya zamanı Ağgol milli parkının flora və faunası, 500 mindən çox quşun məskunlaşdığı bu ərazidə 140-dan çox quşun qışladığı, 87 növ quşun yumurta qoyaraq bala verməsi, haqqında layihənin eksperti və milli parkın bələdçisi ətraflı məlumat vermişdir.

       Ekskursiya uşaqlarda xoş təəsürat yaratmaqla ətraf mühitin və biomüxtəlifliyin qorunmasında məsuliyyətin formalaşması baxımından faydalı olmuşdur. 

 


Açar sözlər: ,