20.05.2019

Ağcabədi şəhər 1 saylı tam orta məktəbində açıq dərs keçirilib

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin  ibtidai sinif  müəllimi Qasımova Tahirə Qəzənfər qızı  tərəfindən ana dili fənnindən Nizami Gəncəvinin "Kərpic kəsən qocanın hekayəsi" mövzusunda açıq dərs təşkil edilib. Məktəbin  müəllimləri açıq dərsdə iştirak edib. Müəllim dərsi müasir təlim metodlarının tələbləri səviyyəsində quraraq bütün mərhələləri əhatə edib.

         Açıq dərs müəllimlərin müzakirəsinə buraxılıb.. Məktəbin direktoru Səadət Kazımova  gənc müəllimlərin belə təcrübəli müəllimlərin dərslərindən yararlanmağı tövsiyyə edib.

 


Açar sözlər: ,  ,