21.05.2019

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin birinciləri "Əlifba Bayramı"-nı qeyd ediblər 

 

 Ağcabədi şəhər 1 saylı tam orta məktəbin I siniflərinin 20 may 2019-cu ildə Əlifba Bayramı qeyd olunub. Tədbirin birinci hissəsi birincilərin sinif otağında müəllimləri ilə birlikdə Əlifbaya həsr edilmiş yekun dərs kimi keçirilib. Sonra məktəbin direktoru Səadət Kazımova və bu dərs ilinin XI sinif məzunları birinciləri Əlifba Bayramı münasibəti ilə təbrik edib,onlara xoş sözlər söyləyiblər.

Bayram şənliyi birincilərin özlərinində iştirakı ilə rəngarəng rəqs, səhnəcik və kompozisiyalarla davam edib. Tədbirdə şagirdlər il boyu, təqvimdə qeyd olunan əlamətdar günlərin və nağıl qəhrəmanlarını qarşılayaraq onlarla birlikdə xoş dəqiqələr keçiriblər.

 


Açar sözlər: ,