22.05.2019

İ.Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib  

Ağcabədi şəhər  Ş.Hüseynov adına  2 saylı tam  orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi, İ.Nəsimi yaradıcılığı barədə məlumat əldə etməsindən ibarətdir. Məktəbin müəllim, şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə şairin həyat və yaradıcılığına aid  şeirlər söylənilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Şagirdlərin ifasında Nəsiminin qəzəlləri səsləndirilib, maraqlı səhnəciklər göstərilib.

 


Açar sözlər: ,  ,