23.05.2019

Azərbaycanın klassik şairi Abbas Səhhətin 145 illiyi münasibəti tədbir keçirilib

Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Azərbaycanın klassik şairi Abbas Səhhətin 145 illiyi münasibəti ilə şairin həyat və yaradıcılığına həsr edilmiş sərgi və tədbir təşkil edilib. Tədbirdə Ağcabədi şəhər Ş.Hüseynov adına  2 saylı tam orta məktəbin IIIV  sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MKS-in direktor müavini Təranə Məmmədova Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açdığını, 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirib və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdıb və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs dediyini iştirakçıların nəzərinə çatdırıbUşaqlar şeirlər söyləyib, səhnəciklər göstəriblər

Tədbirin sonunda şairin şeirlərinə bəstələnmiş "Cücələrim", "Quşlar" və sair kimi uşaq mahnıları nümayiş olunub.


Açar sözlər: ,