26.05.2019

İKT üzrə ixtisasartırma təlimləri yekunlaşıb

Təhsil Nazirliyi təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə ixtisasartırma təlimləri həyata keçirib.  Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sifarişi ilə bu sahədə təcrübəsi olan “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi 15 yanvar 2019-16 may 2019-cu il tarixlərində “Ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün İKT savadlılığının artırılması” və “Təhsildə müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi” üzrə təlimlər keçirilib.

Ağcabədi rayonunda Region üzrə Təhsil meneceri Dəyanət Fərzəliyev  “Ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün İKT savadlılığının artırılması” və “Təhsildə müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi” üzrə təlimləri yekunlaşdırıb.

 


Açar sözlər: