31.05.2019

Respublika fənn olimpiadalarının rayon üzrə qalibləri ilə görüş keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub. Olimpiadada respublika üzrə 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub. Qaliblər “Təhsil haqqında” Qanuna edilən yeni dəyişikliklərə əsasən, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcək.

Respublika Fənn Olimpiadalarının nəticələrinə əsasən Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyin XI sinif şagirdi Anar Məmmədov, Cəfərbəyli kənd tam orta məktəbin X sinif şagirdi Rəvan Cəfərov qızıl medala, M.Uluxanov adına Sarıcalı kənd tam orta məktəbin XI sinif şagirdi Hüseynova Yağmur isə gümüş medala layiq  görülüblər.

Ağcabədi rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov olimpiada qalibləri ilə görüş keçirib. Görüşdə Təhsil meneceri Dəyanet Fərzəliyev,  Metodkabinetin direktoru  Əli Əhmədov  və şagirdlərin müəllimləri iştirak ediblər.  Olimpiada qaliblərini təbrik edən Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı olimpiada nəticələrini xüsusi vurğulaması, bu nəticələri təhsilin keyfiyyətinin vacib amili kimi qeyd etməsi müvafiq sahənin ölkə rəhbərliyi üçün prioritet istiqamət olduğunun bariz göstəricisidir. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan Təhsil Şöbəsinin müdiri olimpiada qaliblərini onların müəllim və valideynlərinidə təbrik edib.

 


Açar sözlər: ,  ,