04.06.2019

Gənc müəllim rublikasının qonağı-Əsmər Mehtiyevadır

 

Mehtiyeva Əsmər Musa qızı 12 oktyabr 1991-ci il tarixində Ağcabədi rayon Pərioğullar kəndində anadan olub. Orta təhsilini Ağcabədi rayon Pərioğullar kənd tam orta məktəbində alıb.  2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialını bitirib. 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək 52 bal toplayaraq  Ağcabədi rayon Gələbədin kənd tam orta məktəbinə Riyaziyyat  müəllimi təyin edilib. Müəllimlərin Diaqnostik Qiytləndirməsi imtahanında 51 bal toplayıb.   Öz üzərində çalışmağı sevən insandır. Boş vaxtlarında mütaliə etməyi xoşlayır.

Müəllim bildirdi ki, həm işimi həmdə şagirdlərimi çox sevirəm, mənim üçün hər bir şagird dəyərlidir və məncə hər bir şagird özlüyündə ayrı bir fərddir, şagird mütləq elm öyərənib müəllim yada həkim olacaq deyə bir iddiam yoxdur, hər bir şagirdin mütləq kəşf edilməyi gözləyən bir qabiliyyəti var öz daxilində. Mən şagirdlərimin bu qabiliyyətlərini dəyərləndirməyi onları lazımi istiqamətə yönəltməyi özümə borc bilirəm. Müəllim olaraq ən yaxşı dərsi mən tədris edirəm deyə bilmərəm amma bütün bacarığımı ortaya qoyaraq şagirdlərimlə məşğul oluram deyə bilərəm, əgər bir işdə bilik və zəhmətlə yanaşı ürək də varsa o işdə mütləq uğur qazanmaq olar, müəllim olduğum üçün özümlə fəxr edrəm, mənim üçün bütün dahiləri yetişdirən ən böyük sənətkar müəllimdir.


Açar sözlər: ,