11.06.2019

IV sinif şagirdlərinin “Əlvida məktəb” adlı buraxılış gecəsi keçirilib

Ağcabədi şəhər M.əsədov adına 5 saylı tam orta məktəbin  IV sinif şagirdlərinin “Əlvida məktəb” adlı buraxılış gecəsi keçirilib. Tədbirdə şagirdlərlə yanaşı, onların valideynləri və məktəbin müəllim kollektivi iştirak edib. Buraxılış gecəsi şagirdlərin Azərbaycan milli rəqsini ifa etməsi ilə başlayıb.  Daha sonra şagirdlər 4-il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdiriblər. Mahnı və şeirlər, rəngarəng rəqslər ifa ediblər. Müəllimlərinin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqları tədbir iştirakçılarında xoş təəsüratlar yaradıb. Bayramı şagirdlərin bu vaxta qədər aldıqları bilik və bacarıqların hesabatı kimi dəyərləndirilib.

Məktəbin direktoru Fəridə Allahverdiyeva öz çıxışında bildirmişdir ki, məktəbimizin ibtidai sinif müəllimləri daima məktəbin sağlam bünövrəsi, möhkəm, dayanıqlı sütunları olublar. Elm yolu çətin yoldur. Aynur müəllimə bu çətin yolda şagirdlərinə ana qayğısı ilə yanaşan, bələdçilik edən müəllimlərimizdəndir. Məktəbimizin uğurları müəllimlərimizin gərgin əməyinin, səmərəli, məhsuldar fəaliyyətinin nəticəsidir. Tədbirin yekununda çıxış edən Aynur müəllimə şagirdlərinə xoş arzularını və diləklərini bildirmiş, gələcək təhsillərində uğurlar diləmiş, sevimli balalarından ayrılmağın onun üçün çox çətin olduğunu dilə gətirmişdir.


Açar sözlər: ,  ,