14.06.2019

Ağcabədi  məktəblərində “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Ağcabədi məktəblərində də "Son zəng" tədbirləri keçirilib.

Tədbirlərdə Ağcabədi Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun digər idarə və təşkilatlarından qonaqlar, ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Ağcabədi rayon ümumtəhsil məktəblərinin IX siniflərini 1549 nəfər, XI siniflərini 1106  nəfər şagird bitirib. 2019-2020-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz isə  2426 nəfərdir.

 


Açar sözlər: ,