29.08.2019

 Ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirib

     29 avqust 2019-cu il tarixdə 2018-2019-cu tədris ilində  ali məktəblərə qəbul olan məzunlarla Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun görüşü keçirilib.

     Tədbirdə məktəb direktorları, müəllimlər,  ali məktəblərə qəbul olan məzunlar, onların valideynləri və digər məktəblilər iştirak ediblər.

  Tədbiri RİHB-nın müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. .Daha sonra rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov natiq çıxış edərək bütün abituriyent adını qazanan məzunları təbrik edib və ölkəmizdə təhsilə günü-gündən artan dövlət qayğısından danışıb. Qeyd edib ki, bu il Ağcabədi camaatı 449 nəfər məzunumuzun tələbə adını qazanması sevincini yaşayır. Bu il ali məktəblərə qəbul olan abituriyentlərdən 11 nəfəri 600-700 arası, 41 nəfər isə 500-600 arası bal toplamışdır. Ümumilikdə 2018/2019-cu tədris ili rayonumuz üçün uğurlu il olmuşdur. Belə ki, Respublika üzrə keçirilən fənn olimpiadalarında Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyinin XI sinif şagirdi Mamedov Anar Elşən oğlu tarix fənni üzrə 29 bal toplayaraq qızıl medal, Cəfərbəyli kənd tam orta məktəbin X sinif şagirdi Cəfərov Rəvan Əli oğlu tarix fənni üzrə 28 bal toplayaraq qızıl medal, Müşfiq Uluxanov adına Sarıcalı kənd tam orta məktəbin XI sinif şagirdi Hüseynova Yağmur Azər qızı 2019-cu ildə Respublika üzrə keçirilən fənn olimpiadalarında tarix fənni üzrə 22 bal toplayaraq gümüş medala və orta məktəbi əla qiymətlərlə qurtardığına görə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə Qızıl medala layiq görülmüşdür. 26.06.2019-cu il tarixdə Ağdaş şəhərində keçirilən Respublika turnirində Ü.Hacıbəyov adına Ağcabədi şəhər 7 nömrəli tam orta məktəbin VI sinif şagirdi Yusifzadə Rüfət Elnur oğlu riyaziyyat fənni üzrə müsabiqədə 2-ci yer tutaraq gümüş medala layiq görülmüşdür.

   Daha sonra respublika fənn olimpiadasında “Gümüş”  medala, orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə “Qızıl” medala layiq görülmüş  M.Uluxanov adına Sarıcalı kənd  tam orta məktəbin məzunu, 683 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş Hüseynova Yağmur Azər qızı, respublika fənn olimpiadasının “Qızıl” medalçısı M.F.Axundov adına şəhər 3 nömrəli məktəb-liseyin məzunu, 664 balla Bakı Dövlət Universitetinə daxil olmuş Mamedov Anar Elşən oğlu, Şahsevən kənd tam orta məktəbin məzunu, 631 balla Azərbaycan Dillər Universitetinə daxil olmuş Hacıyeva Çinarə Fehruz qızı,Namiq Abdullayev adına Avşar kənd 2 nömrəli tam orta məktəbin məzunu, 618 balla Azərbaycan Tibb Universitetinə daxil olmuş Ələkbərzadə Könül Elşən qızı, Cəmil Quliyev adına Təzəkənd kənd tam orta məktəbin məzunu, 615 balla Bakı Dövlət Universitetinə daxil olmuş İsmayılova Qaratel Nizami qızı, Hikmət Əliyev adına Boyat kənd tam orta məktəbin məzunu, 629 balla Bakı Dövlət Universitetinə daxil olmuş Sadıqova Aysun Seymur qızının valideyni Sadıqov Seymur Söhrab oğlu çıxış edərək tələbə adını qazanan bütün gəncləri təbrik edib,təhsilə göstərilən qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.  Yekunda tələbələri təbrik  edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuş, tələbə adını qazanmış hər bir gənci salamlayıb və onlara qədəm qoyduqları bu yolda uğurlar arzulayıb. Rayon rəhbəri onu da qeyd etdi ki, 2019-cu ildə 2006-cı ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən, inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğısının gündən – günə daha da artırılmasından irəli gəlir.

  Tədbirin yekununda 600-700 arası bal toplayan tələbələrə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyələri təqdim olunub.

 


Açar sözlər: ,  ,