03.09.2019

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Sentyabrın 3-də Siyəzən, Göyçay, Bərdə və Zərdab rayonlarında təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən Bərdə, Tərtər və Ağdam rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak ediblər.

Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi təqdim edilib.

Daha sonra Məhəbbət Vəliyeva çıxış edərək hesabatlara öz münasibətini bildirib. Məhəbbət Vəliyeva qəbul imtahanlarında zəif nəticə göstərən ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Nazir müavini məktəbdaxili qiymətləndirmənin obyektiv aparılmasının qəbul imtahanı nəticələrinə təsir göstərdiyini bildirərək, məktəblərdə diaqnostik və formativ qiymətləndirməyə nəzarətin artırılmasını qeyd edib.

Məhəbbət Vəliyeva çıxışının sonunda təhsil işçilərinə 2019-2020-ci dərs ili ilə bağlı  tövsiyələrini verib və uğurlar arzulayıb.

Konfrans müzakirələrlə davam etdirilib.

 

***

 

Siyəzən şəhər Mədəniyyət Mərkəzində Şabran, Siyəzən və Xızı rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, Şabran, Siyəzən və Xızı rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Konfransda sözügedən rayonların təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabatla çıxış ediblər. 

Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib. Muxtar Məmmədov təhsil sahəsində bu ildən tətbiq olunan yeniliklər, perspektiv məsələlərdən bəhs edib. Aparat rəhbəri bölgələrdə yeni açılması nəzərdə tutulan lisey siniflərə şagirdlərin cəlbi və valideynlərin bu mövzuda məlumatlandırılması istiqamətində tövsiyələrini verib.

Hər üç rayonun təhsil işçilərini olimpiada hərəkatında fəal iştirak etməyə səsləyən aparat rəhbəri bütün təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.

Sonda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

 

***

 

Göyçay rayon Heydər Əliyev Mərkəzində Göyçay, Ucar və Ağsu rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə hər üç rayonun təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər.

Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək hesabatları təhlil edib, rəy və tövsiyələrini bildirib. Fərzəli Qədirov ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində son illərdə təhsil sahəsində görülən işlər, əldə edilən nailiyyətlər, o cümlədən konfransda iştirak edən rayonların keyfiyyət göstəriciləri barədə məlumat verib.

Aparat rəhbərinin müavini hesabatlarda səsləndirilən təkliflərə rəy bildirib, yeni tədris ilində əsas fəaliyyət istiqamətləri, qarşıda duran hədəfləri diqqətə çatdırıb.

Sonda konfrans iştirakçılarının rəy, təklif, eyni zamanda sorğuları dinlənilib və cavablandırılıb.

 

***

 

Zərdab rayon Heydər Əliyev Mərkəzində Zərdab, Ağcabədi və Laçın rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyyət Adıgözəlov, hər üç rayonun təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə rayonların təhsil şöbələrinin müdirləri hesabat məruzəsi ilə çıxış edib, təkliflərini bildiriblər. 

Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov çıxış edərək hesabatları müqayisəli təhlil edib, təklif və rəylərini verib. Əhliyət Adıgözəlov rayonların olimpiada uğurlarlından, eləcə də qəbul imtahanı nəticələrindən danışıb. Əhliyət Adıgözəlov  yeni tədris ilinin prioritet istiqamətləri barədə məlumat verib.

Təhsil Nazirliyinin qəbul etdiyi normativ hüquqi sənədlər barədə məlumat konfrans iştirakçılarının diqqətinə çatdırılıb. 

Sonda yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir. Təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.

 


Açar sözlər: