16.09.2019

“Bilik günü” qeyd olunub

        Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunda da qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 15 sentyabr bilik günü münasibəti ilə Ağcabədi şəhər Məmməd Aranlı adına 11 saylı tam orta məktəbdə olub, məktəbin müəllim, şagird kollektivi və valideynlərlə görüşüb. Şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edən Şahin Məmmədov Azərbaycanda həyata keçirilən təhsil siyasətindən söz açıb, görülən işlərdən, əldə olunan naliyyətlərdən danışıb. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın hər bir guşəsində yeni məktəblərin tikilərək istifadəyə verildiyini qeyd edən başçı bildirib ki, təhsil səviyyəsinin daha da yüksəldilməsi dövlətin qarşıya qoyduğu əsas hədəflərdən biridir. Ağcabədi məktəblərinin də uğurlarının günü-gündən artdığını vurğulayan natiq bildirib ki, bu il rayon məktəblərini bitirən məzunların 453 nəfəri ali təhsil ocaqlarına qəbul olub. Natiq onu da qeyd edib ki, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonumuzun şagirdləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. Daha sonra birinci sinifə qədəm qoyan şagirdləri bir daha təbrik edib, onlara uğurlar arzulayıb, məktəblilərə elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyə edib. Çıxış edənlər ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, respublikamızda, o cümlədən, Ağcabədi rayonunda təhsiləgöstərilən diqqət və qayğıdan, bu  sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışıblar.
 


Açar sözlər: ,  ,