18.09.2019

“Milli Musiqi günü” ilə əlaqədar olaraq tədbir keçirilib  

18 sentyabr 2019-cu il tarixdə 18 sentyabr- “Milli Musiqi günü” ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi MKS-nin birgə təşkilatçılığı ilə Mərkəzin qarşısında açıq havada sərgi-tədbir keçirilib. Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin bəstəsi olan musiqilərin sədası altında bəstəkarın həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kursların üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Bundan əlavə məktəblilər arasında “Milli Musiqi Günümüz” mövzusunda rəsm müsabiqəsi keçirilib. Açıq havada keçirilən müsabiqənin yekununda rəsmlər münsiflər heyəti tərəfindən dəyərləndirildi və I yer şəhər 1 saylı tam orta məktəbin şagirdi Məmmədova Xumar Emin qızı, II yer S. Vurğun adına şəhər 4 saylı tam orta məktəbin şagirdi Ağayeva Həbibə Natiq qızı, III yer M. F. Axundov adına şəhər 3 saylı lisey-məktəbin şagirdi Ağalarov Ruslan Malik oğlu olmaqla qaliblər müəyyən edilib. Qaliblərə Heydər Əliyev Mərkəzinin diplomları təqdim olunub.

 


Açar sözlər: ,  ,