24.09.2019

“Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilib

FHN-in Qarabağ Regional Mərkəzi Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərin keçirilməsində məqsəd yetişməkdə olan gənc nəslin təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma üsulları barədə biliklərinin təkmilləşdirilməsi olub. Toplantılarda “Dəm qazı”, “Zəlzələ”, “Sel və daşqınlar”, “Meşə yanğınları”, “Odsöndürən balonlar” və “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında çıxışlar edilib, təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunub, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış materiallar paylanılıb, suallar cavablandırılıb.

 


Açar sözlər: ,