23.09.2019

“Diqqət uşaqlar” adlı tədbir keçirilib

 

        23 sentyabr 2019-cu il tarixdə Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbində “Diqqət uşaqlar” adı altında uşaq və yeniyetmələrin iştirakı ilə yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil müəssisələrində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə dövlət yol polisininin köməyinin artırılması məqsədilə şagirdlərlə görüş keçirilib.
    Görüşdə Ağcabədi rayon Təhsil şöbəsinin metodisti Fehruz Rəfiyev, şəhər 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva və Ağcabədi rayon Polis şöbəsinin, eləcə də həmin şöbənin Dövlət Yol Polisi bölməsinin əməkdaşları iştirak ediblər.

 

 


Açar sözlər: ,  ,