25.09.2019

İKT üzrə ixtisasartırma təlimləri həyata keçirilir

Təhsil Nazirliyi təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə ixtisasartırma təlimləri həyata keçirir. Bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sifarişi ilə bu sahədə təcrübəsi olan “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi 18 sentyabr 2019-cu il tarixdən başlayaraq mütəmadi olaraq qruplar şəklində  “Ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün İKT savadlılığının artırılması” üzrə təlimlər keçirilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Ağcabədi rayonunda  Region üzrə Təhsil meneceri Dəyanət Fərzəliyev  “Ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün İKT savadlılığının artırılması” üzrə təlimlər keçirir.

 


Açar sözlər: ,